?Eurovision-2012? milli seçim turunun üçüncü yarımfinalçısı seçildi

img

19-12-2011 [12:28]


Azərbaycanı ?Eurovision-2012? mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun üçüncü yarımfinalçısı məlum olub. Lent.az-ın məlumatına görə, həftənin birincisi həm tamaşaçılar, həm də münsiflərin səsverməsi nəticəsində Xəyyam Mustafazadə olub. Üçüncü həftənin 2-si Altun Zeynalov, 3-sü Anar Səfərov, 4-sü Rövşən Əzizov, 5-si Rüstəm Əlləzov, 6-sı Aysel Quluzadə, 7-si Fərid Ramazanov, 8-si Aytac Vəliyeva və 9-su Yelena Kərimova olub. Hər həftənin sonuncu günündə olduğu kimi bu gün də milli seçimlərin xüsusi qonaqları olub. Bu sırada əməkdar artist Tünzalə Ağayeva, modelyer Fəxriyyə Xələfovanın adını qeyd etmək olar. Əməkdar artist Sevda Ələkbərzadə isə öz ifaları ilə seçim iştirakçılarına dəstək olub və onlara mübarizədə uğurlar arzulayıb. Qeyd edək ki, iştirakçılar çərşənbə axşamından şənbə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstəriblər. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunur. Daha 5 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Artıq üç yarımfinalçı məlumdur. Onlar Orxan Kərimli, Mehriban Sadıqova və Xəyyam Mustafazadədir. Finalda isə Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək ?Eurovision? Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA