Cəminə Ağayevaya: ?Bu səfəri heç unutmayacağam?

img

18-12-2011 [11:27]


Azərbaycanlı model Moskvaya səfər edərkən polislər tərəfindən saxlanılmasına aydınlıq gətirib. ?Mənim tez-tez xarici ölkələrə səfərlərim olur. Bu da peşəmlə bağlıdır. Düzdür, elə vaxt olur ki, sadəcə əyləncə məqsədi ilə yollanıram xarici ölkələrə, lakin əksəriyyət halda işgüzar səfərlərim olur? söyləyən Cəminə Ağayevaya açıqlamasında bu yaxınlarda səfər zamanı başına gələn əhvalatdan danışıb. ?Bu yaxınlarda Moskvaya səfərə yollanırdım. Lakin pasportumun vaxtı bitibmiş. Mənim isə bundan xəbərim yox idi. Sonda yoxlamadan keçərkən, polislər məni saxladılar. Pasportumun vaxtı bitdiyindən, buraxmayacaqlarını dedilər. Bu səfər isə işgüzar bir səfər idi və mənim üçün çox vacib idi. Əvvəl çox əsəbləşsəm də, dostlarım sağ olsunlar, həll etdilər məsələni. Bu səfəri heç unutmayacağam?, - deyə C. Ağayeva deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA