Qoçularla bağlı Ramil Usubovla Zakir Qaralova müraciət edildi

img

17-12-2011 [01:48]


17 dekabr 2011-ci ildə Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, ?Siyasi partiyalar haqqında? hazırlanan yeni qanun layihəsi, 2012-ci il dövlət büdcəsi və Sulutəpə qəsəbəsində məskunlaşmış çoxsaylı vətəndşların evlərinin zorakılıqla sökülməsi məsələləri müzakirə olunub. Birinci məsələ ilə bağlı çıxış edən Siyasi Şura üzvləri ölkədə ümumi vəziyyətdə müsbətə doğru hər hansı dəyişikliyin baş vermədiyini, əksinə, hakimiyyətin bütün sferalarda fəaliyyət imkanlarını məhdudlaşdırmaqda davam etdiyini vurğulayıblar. Siyasi Şura üzvləri ölkənin düşdüyü böhrandan çıxarılması üçün hakimiyyəti növbəti dəfə köklü islahatlara başlamağa çağırıblar. ?Siyasi partiyalar haqqında? yeni qanun layihəsinin məlum olan əsas istiqamətləri ilə bağlı məlumat verən Siyasi Şuranın üzvü və VİP Məclisi Hüquq Komissiyasının sədri Adil Mirhəsənli təqdim olunan sənəddəki müddəaların ölkədə siyasi institutlaşma prosesinin qarşısının alınmasına səbəb olacağını diqqətə çatdırıb. Siyasi Şura üzvləri bu məsələ ilə bağlı Venesiya Komissiyasının sözügfedən qanun layihəsinə dair rəyi açıqlandıqdan sonra qərar verilməsini məqsədəuyğun hesab ediblər. VİP Siyasi Şurası hakimiyyəti ?Siyasi partiyalar haqqında? yeni qanun layihəsini Milli Məclisə göndərməzdən əvvəl sənədin siyasi təşkilatlarla geniş müzakirəsini keçirməyə dəvət edib. VİP Siyasi Şurası 2012-ci il dövlət büdcəsini ölkənin mövcud reallığını əks etdirməyən sənəd kimi dəyərləndirərək, qarşıdakı günlərdə bu məsələ ilə bağlı xüsusi iclasın keçirilməsinə dair qərar verib. Siyasi Şura üzvləri növbəti məısələnin müzakirəsi zamanı Azərbaycan hakimiyyətinin vətəndaşların fundamental hüquq və azadlıqlarının pozulması hallarının qarşısını almaq əvəzinə, bu sahədə mövcud olan problemləri daha da dərinləşdirdiyini bildiriblər. Son olaraq Sulutəpə qəsəbəsində Azərbaycn Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olduğu bildirilən ərazilərdə vətəndaşların böyük əziyyətlə tikdikləri evlərin sökülməsi zamanı adıçıkilən qurumun mühafizə xidməti əməkdaşlarının mülkiyyət sahiblərinə qarşı güc tətbiq etmələrinin hiddət doğurduğu vurğulanıb. Çıxış edənlər bu kimi halların Azərbaycanda insanların Konstitusiyada təsbit olunmuş hüquqlarının qorunmasına hər hansı təminat olmadığını təsdiqlədiyini önə çəkiblər. VİP Siyasi Şurası Sulutəpə qəsəbə sakinlərinə qarşı həyata keçirilmiş zorakılıq aksiyasını qətiyyətlə pisləyərək, vətəndaşların pozulmuş hüquqularının bərpasını tələb edib. Qeyd olunanlardan çıxış edən VİP Siyasi Şurası Azərbaycanın daxili işlər naziri Ramil Usubova Sulutəpə qəsəbə sakinlərinə qarşı ARDNŞ qoçularının tətbiq etdiyi zorakılıq zamanı polisin davranışlarına aydınlıq gətirilməsi, baş prokuror Zakir Qaralova Sulutəpə qəsəbəsində baş vermiş və çox sayda vətəndaşın müxtəlif dərəcəli xəsarətlər alması ilə nətcələnmiş hadisənin obyektiv təhqiq olunması üçün cinayət işinin açılması və ARDNŞ prezidenti Rövnəq Abdullayevə rəhbərlik etdiyi quruma aid olduğu bildirilən geniş ərazilərdə məskunlşmanın hansı şəraitdə baş verməsini və həmin ərazilərdə tikilmiş evlərin belə təcili surətdə sökülməsini şərtləndirən səbəbləri açıqlaması, bu işin icrasına ARDNŞ mühafizəçilərinin cəlb olunmasının qanuna uyğunluğuna dair izahat verilməsi tələbi ilə müraciət olunmasını məqbul hesab edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA