iranın Bakıdakı səfirliyinin qarzısında piket keçirilib

img

28-12-2011 [02:10]


Təxminən bir saat əvvəl Milli Demokrat- Boz Qurd Partiyasının bir qrup tərəfdarı İranın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçirib. İran prezidenti Mahmud Əhmədinejatın İrəvana son səfərinə və İranla Ermənistan arasında yaxınlaşmaya etiraz edən aksiya iştirakçıları İran əleyhinə şüarlar səsləndiriblər. Onların sırasında ?Əhmədinejat erməni, türkün düşməni?, ?Erməniyə dayaq verən müsəlman deyil?, ?Fars şovinizminə ar olsun?, ?Erməninin dostu İslam dininin düşmənidir? şüarları olub. Aksiya iştirakçıları piketin qətnaməsini səfirliyə təqdim ediblər. Hazırda isə aksiya iştirakçıları Fransa parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qərarına etiraz olaraq Fransa səfirliyinin qarşısında piket keçirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA