Səməd Seyidov: AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

img

16-12-2011 [04:00]


2012-ci il yanvarın 15-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Parisdə keçiriləcək iclasında çox ciddi müzakirələr aparılacaq. Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. S.Seyidov deyib ki, müzakirələr bir sıra Avropa ölkələrində olan iqtisadi böhranla bağlı aparılacaq. Həmçinin, iclasda Azərbaycanla bağlı müzakirələrin aparılması nəzərdə tutulub. Onun sözlərinə görə, məruzəçilər iclasda çıxış edərək öz mövqeyini bildirəcəklər. Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, AŞPA Monitorinq Komitəsinin məruizəçilərinin Azərbaycana səfəri bu ilin noyabr ayında nəzərdə tutulsa da, onların səfəri növbəti ilin yanvar ayında reallaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA