Baz verənlərə görə məsuliyyət dazıyan məmurlar ciddi surətdə cəzalandırılmalıdır

img

15-12-2011 [03:06]


2011-ci il dekabrın 15-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) Mərkəzi Aparatı ilə Azərbycan Liberal Partiyasının (ALP) İcraiyyə Komitəsinin birgə iclası keçirlib. İclasda ölkədəki ümumi vəziyyət, ?Siyasi partiyalar haqqında? hakimiyyətin hazırladığı yeni qanun layihəsi, VİP, ALP və KXCP sədrlərinin bu gün keçiriləcək görüşü, vətəndaşların mülkiyyət hüquqlarının davamlı surətdə pozulması məsələləri müzakirə olunub. Birinci məsələ ilə bağlı çıxış edən iclas iştirakçıları hökumətin ölkədə istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sferalarda mövcud problemlərin həllinə yönəlik əsaslı addımlar atmadığını, siyasi və iqtisadi fəaliyyət imkanlarının daha da məhdudlaşdırıldığını bildiriblər. Müzakirələrə qatılan VİP və ALP nümayəndələri qeyd olunan problemlərin həllinin köklü real islahatlardan keçdiyini önə çəkərək, hakimiyyətin bu istiqamətdə hərəkətə keçməsini tələb ediblər. ?Siyasi partiyalar haqqında? yeni qanun layihəsində yer alan müddəaları kəskin tənqid edən toplantı iştirakçıları hakimiyyətin irəli sürdüyü sənədin əsas məqsədinin alternativ siyasi qüvvələri sıradan çıxarmaq olduğu vurğulanıb. Məsələyə münasibət bildirən partiya təmsilçiləri Milli Məclisdə real müxalifət qüvvələrinin olmamasını əsas gətirərək, hakimiyyəti sözügedən qanun layihəsi parlamentə göndərilməzdən əvvəl layihəyə məsul rəsmi şəxslərin və qeyri-parlament partiyaları nümayəndələrinin iştirakı ilə geniş müzakirələr təşkil etməyə çağırıblar. İclasda VİP, ALP və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) rəhbərliyinin bir araya gəlmək istiqamətində çalışmaları da müzakirə və təqdir olunub, bu yöndə sistemli fəaliyyətin təmin olunması məqsədəuyğun sayılıb. VİP və ALP nümayəndələri ölkə vətəndaşlarının mülkiyyət hüquqlarının pozulması hallarının xeyli çoxalmasından narahatlıqlarını ifadə edərək, hakimiyyətin bununla bağlı fəaliyyətsizliyinin növbəti pozuntulara yol açdığını bildiriblər. Toplantı iştirakçıları son olaraq Sulutəpə qəsəbəsində vətəndaşlara məxsus evlərin kütləvi şəkildə zorakılıqla sökülməsini və buna etiraz edən mülkiyyət sahiblərinə qarşı güc tətbiq olunmasını qətiyyətlə pisləyərək, hakimiyyətdən baş verənlərə görə məsuliyyət daşıyan məmurların ciddi surətdə cəzalandrlmasını tələb ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA