Qarabağ Blokunun rəhbərliyi toplandı

img

15-12-2011 [02:35]


Azərbaycan Demokrat Partiyası və Ümid partiyalarını birləşdirən Qarabağ siyasi Blokunun rəhbər heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icra vəziyyəti, ölkədə və dünyada ictimai siyasi vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin sonunda Azərbaycan Respublikası Prezidentinin dini fəaliyyətlə bağlı qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi haqqında sərəncamı ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edilməsi qərarlaşdırılıb. Belə ki, blokun rəhbərliyi belə hesab edir ki, adıçəkilən sərəncamla nəzərdə tutulan dəyişiliklər Respublika Konstitusiyasına ziddir və qanuni qüvvəyə minə bilməz. Daha sonra siyasi məhbuslar və bununla əlaqədar ölkəyə artan haqlı iradlar məsələsini müzakirə edən blok rəhbərliyi, bütün siyasi məhbuslara şamil olunacaq amnistiya qanununun qəbul olunması məsələsinin Qarabağ bloku adından parlamentdə qaldırılmasını millət vəkili İqbal Ağazadəyə həvalə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA