Vətəndaz və inkizaf Partiyası bəyanat verib

img

15-12-2011 [11:26]


Vətəndaş və İnkişaf Partiyası (VİP) bəyanat verib. Bəyanatda deyilir: "ATƏT-in Minsk Qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin ədalətli həllinə yardım göstərməli olan Fransa bu çərçivədə özünün ənənəvi erməni təəssübkeşliyinə əsaslanan siyasətini davam etdirməkdədir. Bu günlərdə prezident Nikolya Sarkozinin rəhbərlik etdiyi hakim Xalq Hərəkatı Uğrunda Birlik Partiyası tərəfindən qondarma ?erməni soyqırımı?nı inkara görə həbs cəzası və 45 min avro məbləğındə maliyyə cəriməsinin tətbiqini nəzərdə tutan qanun layihəsi Fransa parlamentinin gündəliyinə təqdim olunub. Xatırlatmaq yerinə düşər ki, N.Sarkozi bir müddət əvvəl İrəvana səfəri zamanı ?soyqırım abidəsi?ni ziyarət etmiş və qondarma ?erməni soyqırımı?nın bu ilin sonuna qədər tanınması tələbi ilə Türkiyənin ünvanına təhdid dolu fikirlər səsləndirmişdi. Görünən məqamlardan biri budur ki, Fransada qarşıdan gələn prezident seçkiləri öncəsi keçirilən rəy sorğularında sosialist rəqibi Fransua Ollanda böyük fəqrlə məğlub olan N.Sarkozi bu nisbəti ölkədəki erməni diasporunun dəstəyi hesabına dəyişmək istəyir və o məqsədlə də sözügedən qanun layihəsini parlamentə təqdim edib. Bununla belə, Fransanın işğalçı Ermənistanı bütün sahələrdə birmənalı şəkildə dəstəkləməsi onun ATƏT-in Minsk Qrupundakı mandatı ilə mütləq ziddiyyət təşkil edir". Vətəndaş və İnkişaf Partiyası (VİP) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş Fransanın vurğulanan ermənipərəst addımlarını qətiyyətlə pisləyir və Azərbaycan hakimiyytini Fransaya münasibətdə aşağıdakı addımları atmağa çağırır: 1. Qondarma ?erməni soyqırımı?nı inkara görə cəza nəzərdə tutulan qanun layihəsinin Fransa parlamentinə təqdim olunması ilə bağlı rəsmi Parisdən izahat tələb olunsun. 2. Fransa hakimiyyətinin ermənipərəst addımlarının zərərsizləşdirilməsi üçün Türkiyə ilə birgə fəaliyyət təmin edilsin.. 3. İşğalçı Ermənistanı stimullaşdıran Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlşdırılaraq, başqa bir neytral ölkə ilə əvəzlənməsi imkanları ciddi surətdə nəzərdən keçirilsin. 4. Fransanın növbəti addımları əsasında bu olkə ilə iqtisadi-ticari münasibətlərə yenidən baxılsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA