Deputatın Facebook səhifəsi növbəti dəfə dağıdılıb

img

12-12-2011 [03:26]


Millət vəkili Qənirə Paşayevanın Facebook sosial şəbəkədə rəsmi səhifəsi növbəti dəfə dağıdılıb. Deputat bildirib ki, bu gün səhər saat 7.26-da onun Facebook akauntuna kənar müdaxilə olub, akauntun parolu dəyişdirilib (bu haqda elektron poçta məktub gəlib), sonra isə elektron poçt ünvanı dəyişdirilib (onu [email protected] ilə əvəz ediblər). Bundan sonra isə millət vəkilinin Facebook-dakı rəsmi səhifəsi tamamilə dağıdılıb. Qeyd edək ki, bu, Q.Paşayevanın səhifəsi üçüncü dəfədir hakerlər tərəfindən hücuma məruz qalır. ?Artıq bununla bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilib və məsələ araşdırılır?-deyə deputat bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA