Qarabağ Bloku qiymət artımına münasibət bildirib

img

09-12-2011 [01:58]


Xəbər verdiyimiz kimi, Azərbaycan Demokrat və Ümid partiyalarının birləşdiyi Qarabağ Blokunun İdarə Heyətinin bu həftə keçirilən toplantıda minimum əmək haqqının və bəzi büdcə təşkilatları işçilərinin əməkhaqlarının 10% artırılması ilə əlaqədar bəyanat qəbul edilib. Bəyanatın mətni: ?Qarabağ Bloku hesab edir ki, minimum əmək haqqının və bəzi büdcə təşkilatları işçilərinin əməkhaqlarının 10% artırılması qənaətbəxş hesab edilə bilməz və bu siyasi konyuktura mahiyyətli bir addımdır. Belə ki, Prezident sərəncamında nəzərdə tutulan artım faizi hakimiyyətin elan etdiyi istehsal artımı, real infilyasiya həddi, minimum istehlak səbəti və eyni zamanda dövlət büdcəsinin gəlirlər hissəsinin artımı ilə ciddi uyğunsuzluq təşkil edir. Qarabağ Bloku respublika üzrə büdcə təşkilatları işçilərinin son sərəncamla artırılan əməkhaqqının bir aylıq məbləğinin təqribən bir kilometrlik yola ayrılan vəsaitdən az nəzərdə tutulmasını ölkədə həyata keçirilən yarıtmaz sosial-iqtisadi siyasət kimi qiymətləndirir. Qarabağ Bloku əhalinin aztəminatlı hissəsinin, elm, təhsil, səhiyyə və digər bu kimi büdcə təşkilatları işçilərinin mövcud sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün minimum əməkhaqqının və aylıq maaşların ən azı iki dəfə artırılmasını tələb edir.?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA