Vəkillər Kollegiyası Əvəz Temirxana "yox" dedi

img

09-12-2011 [12:16]


Azərbaycan Liberal Partiyasının sədri, ali təhsilli hüquqşünas Əvəz Temirxanın Vəkillər kollegiyasının üzv olmasına müsbət rəy verilməyib. ALP-nin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq üçün sənədlərini Kollegiyanın Rəyasət Heyətinə təqdim edib, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının 26 iyun 2011-ci ildə keçirdiyi test imtahanını uğurla verib. Lakin 8 dekabr 2011-ci ildə Vəkillər Kollegiyasının İxtisas Komissiyasının keçirdiyi müsahibə zamanı qərəzli yanaşma nəticəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmaq üçün müsbət rəy verilməyib. Azərbaycan Liberal Partiyası hesab edir ki, Əvəz Temirxanın Vəkillər Kollegiyasını üzvlüyünə qəbul olunmaması onun müxalifətçi siyasi fəaliyyəti, Azərbaycan iqtidarının siyasətini ardıcıl və prinsipial tənqid etməsi ilə bağlıdır: ?Ə. Temirxana qarşı bu cür münasibət əslində siyasi sifarişin, siyasi ayrı-seçkiliyin nəticəsi və siyasi repressiyadır. Azərbaycan Liberal Partiyası Ə. Temirxana qarşı repressiyanı pisləyir və onun hüquqlarının bərpa olunmasını tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA