Eynulla Fətullayevə türmələri yoxlamağa icazə verildi

img

08-12-2011 [03:48]


?İnsan Haqları Uğrunda? İctimai Birlik bu həftədən etibarən cəzaçəkmə müəssisələrində və həbsxanalarda monitorinqlərə başlayır. Bu barədə birliyin sədri Eynulla Fətullayev MİA-ya məlumat verib. İlk olaraq birliyin monitorinq qrupu Qobustan qapalı həbsxanasına baş çəkərək oradakı vəziyyətlə tanış olmaq niyyətindədir. ?Biz bu məsələdə şəffaflıq prinsipinin təmin olunmasına görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk və saxlanma yerlərində islahatların sürətlənməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik? - deyən hüquq müdafiəçisi Penitensiar Xidmətlə konstruktiv əməkdaşlığa ümid edir. Layihədə ?İnsan Haqları Uğrunda? İctimai Birliklə yanaşı, İnsan Haqları Klubu da iştirak edəcək. E.Fətullayevin sözlərinə görə, saxlanma yerlərində monitorinqlərin keçirilməsi layihəsi bəzi beynəlxalq donorların dəstəyi ilə baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA