Razi Nurullayev BMT-də sənədin geri götürülməsinə dair münasibət bildirib

img

08-12-2011 [03:45]


Artıq 5-ci ildir ki, Azərbaycanın təkidi ilə BMT Baş Assambleyasının gündəliyinə salınmış "İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət" adlı qətnamə layihəsinin səsverməsi elə Azərbaycanın öz təşəbbüsü ilə qeyri-müəyyən müddətə təxirə salınıb. ?Niyə Azərbaycan bu dəfə - cəmi iki ay əvvəl onu Təhlükəsizlik Şurasına seçmiş 150 ölkəyə ikinci dəfə etibar edə bilmədi?? Sualın cavabında politoloq Razi Nurullayev deyib ki, ola bilsin ki, bəzi dövlətlər müəyyən şərtlər çərçivəsində Azərbaycanın Təhlükəsizlik Şurasına seçilməsinə dəstəkləyiblər.?BMT Baş Assambleyasının gündəliyinə salınmış "İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət" adlı qətnamə layihəsinin səsverməsi Azərbaycanın öz təşəbbüsü ilə qeyri-müəyyən müddətə təxirə salınmasını bir neçə faktorla izah edə bilərəm. Birincisi, Azərbaycanın siyasi və humanitar həyatında gələn ilin yanvarın birindən yeni dövr başlayır. Bu dövr BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlıdır. Azərbaycan 5-ci ildir ki, bu qətnaməni keçirə bilmir. İndi də heç bir əsas yoxdur ki, Azərbaycan üzvlük üçün onu dəstəkləmiş 150 ölkənin səsini ala bilsin. Ola bilər ki, bu il üçün Azərbaycan ona etimad göstərmiş dövlətlərdən ikinci dəfə xahiş etmək iqtidarında deyil. İkincisi, Azərbaycan gələn ildən TŞ-nın bütün toplantılarında iştirak edəcək və üzv dövlətlərlə lobbiçilik fəaliyyəti aparmağa çalışacaq. Aparılan işin nəticəsindən və reallıqlardan asılı olaraq, gələn ildən daha effektiv şəkkildə iş qura bilər. Üçüncüsü, isə Azərbaycanın BMT-nin Baş Assambleyasının gündəliyinə bu məsələni salması, həmişə həmsədr dövlətlər olan ABŞ, Rusiya və Fransanın ciddi narazılığı ilə qarşılaşıb. Artıq gələn ildən ölkəmiz onlarla birlikdə işləməli olacaq. Bu baxımdan birgə işdən iki-üç həftə öncə onları qıcıqlandırmaq istəmir. Dördüncüsü, ola bilər ki, həmsədr dövlətlər və Türkiyə də Azərbaycandan sənədini geri götürməyi xahiş edib. Əlavə olaraq, ola bilsin ki, BMT TŞ-ya qeyri-daimi üzv olması üçün səsvermədə iştirak edən bir sıra dövlətlər Azərbaycana şərtlə səs verib. Bu şərt də 5 ildir ki, gündəliyə salınan qətnamə layihəsini təzədən gündəliyə salmamaq olub. Türkiyənin Azərbaycandan bu xahişi etməsi isə onunla izah oluna bilər ki, o da bir sıra dövlətlərdən Azərbaycanın namizədliyini dəstəkləmək üçün fərdi olaraq xahişlər edib. Ola bilsin ki, bəzi dövlətlər müəyyən şərtlər çərçivəsində Azərbaycanı dəstəkləyiblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA