AXCP bəyanat verdi

img

07-12-2011 [08:43]


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) jurnalistlər Anar Mahmudoğlu və Nürəddin Xocanın təhdid olunması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: ?AXCP hesab edir ki, adı bəlli olmayan şəxsin ölkənin tanınmış qələm sahiblərini ölümlə hədələməsi jurnalistlərə qarşı törədilən cinayətlərin cəzasız qalmasının nəticəsidir?. Hakimiyyəti jurnalist qətlləri və onlara qarşı edilən mənəvi və fiziki təzyiqlərə maraq göstərməməkdə ittiham edən partiya bəyanatında vurğulayıb ki, söz adamlarına qarşı təzyiqlər, onların həyatına yaranan təhlükələrə görə dövlət başçısı məsuliyyət daşıyır: ?AXCP hakimiyyəti jurnalistlərə qarşı baş verən cinayət halının dərhal araşdırılması, plüralist mühitin formalaşdırılması, azad və tənqidçi səslərin eşidilməsi üçün ciddi addımlar atnğa səsləyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA