Milli Qurtuluz Partiyası iqtidarın sosial-iqtisadi siyasətini pislədi

img

05-12-2011 [01:04]


Milli Qurtuluş Partiyası Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda iqtidarın sosial-iqtisadi siyasəti, bahalaşmalar, ?Yeni Müsavat? qəzetinə təzyiqlər, Allahşükür Paşazadənin erməni və rus həmkarları ilə imzaladığı sənəd, İran adlanan dövlətin Quzey Azərbaycanda son dövrlərdə törətdiyi cinayətlər və cari məsələlər barədə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi haqqında MQP Mətbuat Xidmətinə açıqlama verən MQP başqanı Vüqar Bəyturanın sözlərinə görə, MQP Siyasi Şurası(SŞ) Tarif Şurasında qəbul olunan son qiymət artırımlarını pisləyib, iqtidarın sosial-iqtisadi siyasətinin antixalq mahiyyətli və məqsədyönlü olduğunu, gözlənilən kommunal xidmət haqqı artımlarının xalqa qarşı cinayət xarakterli addımlar olacağını bəyan edib, hakimiyyətdən qeyd olunan sahələrdə təcili qiymət endirimləri edilməsini istəyib. MQP SŞ ?Yeni Müsavat? qəzetinə fantastik məbləğli cərimələr kəsməklə təzyiqlərin ediməsinə öz etirazını bildirib, bu hadisənin ölkədə məmurların müstəqil mətbuata, azad sözə dözümsüz yanaşma faktı olduğunu qeyd edərək, sözügedən mətbu orqana qarşı təzyiqləri dayandırmağı tələb edib. İran adlanan dövlətin fars molla rejimin Quzey Azərbaycan Respublikası ərazisində törətdiyi təxribatlara və Rafiq Tağının qətli cinayətinə görə beynəlxalq birlik tərəfindən mühakimə edilməsini istəyən MQP SŞ iqtidarı dişsiz xarici siyasət kursuna son qoymağa və bu ölkənin casusxanasını(səfirlik) bağlamağa, bizim bu dövlətdəki səfirimizi isə geri çağırmağa səsləyib. Allahşükür Paşazadənin Ermənistan səfərini dövlətçilik maraqlarına zidd addım kimi qiymətləndirən MQP SŞ onun erməni və rus həmkarı ilə birlikdə imzaladığı sənədin ciddi siyasi səhv, düşünülmüş təxribat adlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA