Avropa Gənclər Forumunun Şərqi Avropa və Qafqaz ölkələri üzrə layihə qrupunun üzvləri Bakıda toplanıb

img

02-12-2011 [05:31]


gn=left]dsc01500.jpg[/libt] Gənclər Təşkilatları Milli Şurası Avropa Gənclər Forumu ilə birlikdə dekabr ayının 2-dən 4-dək ?Şərqi Avropa və Qafqaz ölkələri üzrə layihə qrupunun? görüşünü keçirir. Görüş ?Egoist? otelində keçirilir. Görüşdə 10 ölkədən 13 nümayəndə iştirak edir. Litva, Almaniya, Finlandiya, Hollandiya, Moldova, Azərbaycan, Belçika, Belorusiya, Polşa və Rusiyadan olan nümayəndələr Şərqi Avropa və Qafqaz ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı layihələr mövzusunda müzakirələr aparır. Əsas məqsədlərdən biri də müxtəlif ölkələrin gənclərinin bir araya toplanması və öz ölkələrindəki təcrübənin mübadiləsini aparmaqdır. Qeyd edək ki, Avropa Gənclər Forumunun tam hüquqlu üzvü olan ARGTMŞ Forumla ikitərəfli əməkdaşlıq edir və müxtəlif layihələr həyata keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA