Səməd Seyidov Fələstinin ölkəmizdəki səfiri ilə görüzüb

img

01-12-2011 [03:11]


Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərəm A.Rəhim ilə görüşüb. ADU-nn mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələr müzakirə olunub, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səməd Seyidov Azərbaycanın həm Avropa ölkələri ilə, həm də Şərq ölkələri ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə Yaxın Şərq ərəb ölkələri ilə qarşılıqlı səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. O, Azərbaycanla Fələstin arasında mövcud əlaqələrin, siyasi və iqtisadi münasibətlərin genişlənməsindən söz açıb. Səfir Nasir Əbdül Kərəm A.Rəhim əlaqələrimizin inkişafından razılığını ifadə edib. O, ərəb dövlətlərinin beynəlxalq aləmdə tutduğu yeri və oynadığı rolu xarakterizə edərək, Azərbaycanın ölkəsi ilə əməkdaşlığına toxunub. Görüşdə həmçinin dünyadakı müasir siyasi-ictimai durum, o cümlədən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminə də toxunulub. Bununla yanaşı, tərəflər təkcə siyasi-iqtisadi deyil, mədəni-humanitar, xüsusən təhsil sahəsində əməkdaşlığı vacib saydıqlarını bildiriblər. Rektor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında 2011-2012-ci tədris ili üzrə Ərəbşünaslıq ixtisasının açıldığını xatırladıb. ADU-da bu istiqamət üzrə tələbələrin tədris aldıqlarını bildirib. Səfir tələbələrlə tanışlıq və ünsiyyətdən maraqlı olduğunu söyləyib. O, həmçinin dilin səmərəli tədrisinə kömək məqsədilə universiteti dil tədrisi üzrə dərs vəsaitləri ilə təmin etmək imkanlarını bildirib. Xatırladaq ki, ADU-da İsrail və Yaxın Şərq araşdırmaları mərkəzi fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA