MSK üzvü Akif Qurbanovun Mərkəzi Seçki Komissiyasına qarzı iddiasına baxıldı

img

30-11-2011 [02:24]


Dünən 2 saylı İnzibati İqtisad Məhkəməsində MSK üzvü Akif Qurbanovun Mərkəzi Seçki Komissiyasına qarşı iddiasına baxıldı. MSK ilə Ümid Partiyasını bu qurumda təmsil edən A.Qurbanov arasında məhkəmə çəkişməsinin yaranmasına səbəb Ümid Partiyasının Naxçıvan Muxtar Respublikası üzrə dairə seçki komissiyalarında təmsilçilik hüququnun reallaşdırılmasına qanunsuz olaraq imkan verilməməsidir. Bu səbəbdən də MSK üzvü təmsil olunduğu qurumu məhkəməyə verib. Hakim Fərmayil Zeynallının sədrliyi ilə keçirilən prosesdə Akif Qurbanovun hüquqlarını tanınmış vəkil Xalid Bağırov müdafiə edirdi. Hakim diqqətə çatdırdı ki, MSK bu iddiaya İnzibati İqtisad Məhkəməsində baxılmasına etiraz edib. Onlar iddia ediblər ki, seçki hüquqları ilə bağlı məsələlərə Apelyasiya Məhkəməsində baxıla bilər. Lakin A.Qurbanovun nümayəndəsi X.Bağırov bunun tam əsassız vəsatət olduğunu bildirdi. O qeyd etdi ki, Apelyasiya Məhkəməsində seçki prosesində baş verən hüquq pozuntularına dair şikayətlərə baxıla bilər. O əsaslandırdı ki, MSK inzibati qurum olduğundan və çıxardığı qərar inzibati qərar olduğundan ona aidiyyəti üzrə İnzibati İqtisad Məhkəməsində baxılmalıdır. Hakim bildirdi ki, qarşı tərəfin nümayəndəsi prosesə gəlməyib və məhkəmənin bir neçə saat sonraya təxirə salınmasını xahiş edib. İddiaçı tərəf isə bildirdi ki, onlar öz mövqelərini bildiriblər, bir neçə saat sonra MSK nümayəndəsi də gəlib öz fikirlərini hakimə söyləyər. Bundan sonra hakim bildirdi ki, MSK-nın nümayəndəsinin də fikirləri öyrəniləcək və işə bu məhkəmədə baxılıb-baxılmaması barədə qərar dekabrın 14-də keçiriləcək növbəti məhkəmə iclasında açıqlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA