"Məmurlar süni qiymət artımı ilə öz kapitallarını artırırlar"

img

29-11-2011 [07:04]


?zərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyilə Sədr Aparatının növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və Bakı metropolitenində gediş haqlarının artırılması məsələlər müzakirə olunub. Toplantı iştirakçıları sosial problemlərin mövcud olduğunu bildirərək, qeyd ediblər ki, hökumət qiymətləri stabil saxlamaq əvəzinə, bütün növ ərzaqların qiymətlərin qalxmasına göz yumur. ALDP sədri isə bildirib ki, bir ay bundan əvvəl çörəyin qiymətinin 35 qəpik etdilər, və bunu vətəndaşlara bir ?qaygı? kimi təqdim etdilər. Amma çörəyin qiymətinin aşağa salmaqla, onun çəkisi də azaldı. Acınacaqlı haldır ki, ərzaqların qiymətləri yüksək olaraq galır, hətta bəzilərinin qiymətləri gündən-günə bahalaşır. İlin əvvəlində qarğıdalı yağın qiyməti 2 manat 10 qəpikidisə, bu gün onun 2 manat 90 qəpikdir. Bu bir daha onu göstərir ki, iqtidar monopoliya ilə mübarizədə səmimi deyil. Qiymətlərin qalxması xalqa baha başa gəlsə də, məmurlar süni qiymət artımı ilə öz kapitallarını artırırlar. Tarif Şurasının metroda qediş haqqının qaldırılması isə digər nəqliyyat vasitələrin qiymətlərinin də artmasına gətirib çıxaracaq. Qiymətlərin artımı son müddətdə Azərbaycan xalqına qarşı olunmuş ən böyük haqsızlığın bariz nümunəsidir. Hazırki müddətdə xalqımızın ?Eurovision?-a hazırlaşdığı bir zamanda belə bir addımın atılması ən birinci Azərbaycan xalqına qarşı saymamazlıq, dünya ictimaiyyəti qarşısında isə Azərbaycanın bir demokratik ölkə kimi nüfuzunun olmadığına, xalqın rifahının ölkə rəhbərləri qarşısında önəminin olmamasını ön plana çəkir. ALDP sosial partlayışın qarşısını almaq üçün qiymətlərin aşağı salınması, təqaüdlərin və maaşların artırılması ilə yanaşı hökümətin Türkiya və Gürcüstana qazın dünya bazar qiymətləriylə satılması təklifini verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA