BAXCP iran mollalarına qarzı bəyanat verdi

img

28-11-2011 [03:17]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İranın ?Səhər? televiziyasının efirdə Azərbaycanı təhdid etməsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: ?İranda peyk antenalarından istifadənin qadağan olunmasına baxmayaraq, ?Səhər? telekanalının yalnız peyklə və Azərbaycan türkcəsində yayımlanması bu kanalın yalnız Azərbaycan Respublikasının vətəndaşları arasında təxribat törətmək, cahil insanları terrora sövq etmək məqsədinə xidmət etdiyinə əyani sübutdur?. İranın bəzi mollalarının Ermənistana hərbi-siyasi və iqtisadi dəstək verməkdə təqsirli bilindiyi bəyanatda vurğulanır ki, onların islam təəssübkeşi kimi çıxış etməsi, onların Azərbaycan türklərinə dini məsləhətlər vermələri etikadan kənar olmaqla ikrah hissi doğurur: ?Bu kimi hədələr ciddi qəbul olunmalı, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyi gücləndirilməklə yanaşı, onun regionlara səfəri və ictimaiyyətlə görüşləri məhdudlaşdırılmalıdır. Məsələyə rəsmi aydınlıq gətirilməsi üçün İrana nota verilməli, BMT Təhlükəsizlik Şurasına müraciət olunmalıdır. Rafiq Tağının ölümünə fətva vermiş mollaların Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi üçün təcili addımlar atılmalıdır?. Partiya hesab edir ki, ölkədə terror ehtimalının böyüklüyünü nəzərə alaraq, Bakı şəhərində ?Eurovision? mahnı müsabiqəsinədək maksimum təhlükəsizliyi tam təmin edəcək qədər milyonlarla təhlükəsizlik kameraları quraşdırılmalıdır: ?Xarici ölkələrdən terrora qarşı effektli mübarizəni təşkil etmək üçün kömək istənilməlidir. Yaranmış vəziyyətdən İranın dostu və qardaşı, terroru dəstəkləyən Ermənistanın da istifadə edəcəyi heç kimdə şübhə doğurmamalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA