Rafiq Tağı ilə bağlı iranda da arazdırma aparılacaq

img

26-11-2011 [09:17]


İlqar Altay yazıçı-publisistin q.tlini sifarişli və təşkil olunmuş sayır Tanınmış yazar Rafiq Tağının qətli ölkə və dünya səviyyəsində geniş rezonans doğurub. Baş vermiş faciə və onun səbəbləri qaranlıq qalmaqla bu barədə müxtəlif versiyalar irəli sürülür. Məsələ ilə əlaqədar tanınmış müstəqil hüquqşünas-kriminalist, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayla söhbət etdik. İlqar Altay söhbətinin əvvəlində bu hadisənin dərin ictimai təəssüf və narahatlıq doğurduğunu, cəmiyyətin bütün təbəqələrində kədər hissi yaratdığını bildirdi: ?Rafiq Tağı malik olduğu həkim sənətini üstələyəcək qədər yazar qabiliyyətinə malik insan olub. Yazıları özünə məxsus qeyri-adi və istiqamətlənmiş hədəflərə sərt təsir qüvvəsinə malik idi. Ölkə yazarlarının elə bir təbəqəsindən idi ki, onun adını hansısa şəxsi və maddi maraqdan doğan olaylarda hallandırmaq mümkün olmaz. Bu səbəbdən, publisistin qətlinin hansısa digər mübahisə və münaqişəyə görə yox, məhz yazılarına görə baş verməsi, bu ölümün təşkil və sifariş olunması əsas gümanedici variantdır?. Müstəqil təhqiqatçı hadisənin bir nəfər qatil tərəfindən sadə bıçaqla törədilməsi və tək bir nəfərin ölümü ilə nəticələnməsinə baxmayaraq, motiv və xarakterinə görə terror kimi də qəbul olunmasının mümkünlüyünü vurğuladı: ?Terror hadisəsi kəmiyyət yox, keyfiyyət və mahiyyətinə görə qiymətləndirilir. Elə hadisə ola bilər ki, səhlənkarlıq ucbatından sürücü avtobusu aşırdıb onlarca insanın həyatına son qoyar. Bu adi cinayətdir. Ancaq bir nəfərin ölümü və hətta yaralanması ilə nəticələnən başqa bir hadisə terror sayıla bilər. Çünki motivinə və xarpakterinə görə bu əməl ictimai şok, təlatüm yaratmağa köklənib. Rafiq Tağının ölümü göründüyü kimi cəmiyyətin bütün təbəqələrində narahatlıq və gərginlik yaradıb. Çünki bu qəsd onun özündən də çox yazılarına, həmin təsirli yazıların oxunub yerləşdiyi şüurlara yönəlib. Deməli bu hadisə həm də minlərlə, onminlərlə oxucu kütləsinə yönəlmiş sarsıdıcı zərbədir. Bu səbəbdən, zənnimcə, istintaq orqanları terror maddəsi ilə ciddi iş başlanması barədə düşünməlidirlər?. İlqar Altay qətlin hansı qüvvələr tərəfindən və hansı peşəkar səviyyədə təşkil olunması versiyası barədə öz fikirlərini bu cür ifadə etdi: ?Rafiq Tağının radikal dindarları qıcıqlandırıb narahat edən kəskin yazıları olurdu. Bu yazılara qarşı Azərbaycan və qonşu İrandan dini qüvvələr qəti etirazlar bildirirdildər. Əlbəttə, bu hadisə sifarişli və təşkil olunmuş qətldir. Və təbii ki, yazılarına görə yazara sui-qəsd dedikdə, fikirlər birinci növbədə həmin dini mənbələr üzərinə yönəlir?. Kriminalist ixtisaslı yanaşmada, xarakterinə və törədilmə mexanizminə görə hadisənin yüksək peşəkarlıq səviyyəsində təşkil edilməsi barədə söyləməyin çətin olduğnu da bildirdi: ?Qətlin icraçısının bir nəfər olması və bıçaq kimi sadə soyuq silah növündən istifadə etməsi, həyəcanlı olması, hədəfin ölümünü yəqin etmədən qaçıb getməsi, 7-8 bıçaq zərbəsi vurmasına baxmyaraq, zərərçəkənin öz ayağı ilə evə getməsi dərəcəsində sağ qalması, xəsarətlərin xarakteri, lokalizasiyası və yaranma mexanizmi və s. burada yüksək killer peşəkarlığını istisna edir. Yəni, başqa versiyaları kənara qoyub, din versiyasını götürsək, bu qətlin primitiv imkanlara malik ekstremist mahiyyətli radikal fanatlar dərnəyi tərəfindən təşkil olunmasını söyləmək olar. Ancaq, bununla belə, hər şey nəticə ilə ölçülür və nəticə göz qabağındadır. Çirkin niyyət həyata keçirilib, Azərbaycan ictimaiyyəti çox qabiliyyətli, fərqli və cəsarətli yazarını, ziyalısını itirib?. İlqar Altay bir ekspert-kriminalist kimi Rafiq Tağının xəstəxanada bir neçə gündən sonra birdən-birə ölməsi barədə də fikrini bildirdi: ?Mükəmməl imkan və şəraiti olan paytaxt tibb müəssisəsində proqnozlaşdırılmayan ölüm baş verib. Bu da çox ciddi və ixtisaslı aydınlaşmaya ehtiyacı olan məsələdir. Müalicə həkimi təəccüb doğuracaq fikirlər bildirir ki, çoxlu qusuntudan boğulma baş verib. Çoxlu bıçaq yarası almış, müxtəlif cərrahi əməliyyata məruz qalmış reanimasiyada yatan şəxs bir-iki qurtum su və ya çaydan başqa həmin 4 gündə nə yeyə bilərdi ki, çoxlu qussun? Özü də elə iri, həzm olunmamış yemək hissəcikləri ki, mədədən qayıdıb, nəfəs borusuna düşüb aspirasiya (boğulma) yaratsın. Belə hadisələrə praktikamda adətən Rusiyada işləyərkən, həddən çox yeyib-içmiş, yatarkən qusan sərxoşlarda təsadüf etmişəm?. Ekspert belə məntiqsiz izahların tibb müəssisəsində xəstəyə lazımi diqqət ayrılmaması, müayinə, müalicə və sağalma prosesinə nəzarət olmaması qənaəti yaratdığını da vurğuladı: ?Onu da açıq deyək ki, tanınmış şəxsin müalicəsinə KİV nümayəndələri, istintaq-əməliyyat orqanları əməkdaşları, tanış-qohumlar və s. gəliş-gedişləri, təsirləri də mane olur. Bunlar tibb müəssisəsinin iş rejimini, müalicə və müayinə ritmini pozan faktorlardır. Çox güman ki, ölümün səbəbi əməliyyatdan sonrakı, həkim nəzarətindən çıxmış ağırlaşmanın, daxili qansızmanın, trombo-emboliyanın, intoksikasiyanın-qan zəhərlənməsinin və ya, peritonitin nəticəsi ola bilər. Müalicə müəssisəsi həkimləri bu ağırlaşmanı görməli və izləməli idilər. Onlar üçün belə qəfləti ölüm gözlənilməz olmamalı idi. Ancaq bununla belə, cəmiyyətdə dolaşan, xəstəni süni ağırlaşdırıcı ölüm vəziyyətinə gətirən kənar müdaxilənin olması versiyası da yoxlanmalıdır. Əgər hansısa qüvvələr tərəfindən ictimai şəxsə qarşı terror baş veribsə, o zaman onun baş tutmamış ölümünü başa çatdırmaq üçün cəhdlər ola bilməsini istisna etmək olmaz?. Hüquqşünas hüquq-mühafizə orqanlarının bu məsələyə çox ciddi yanaşmasına və qətlin üstünün açılıb, obyektiv araşdırma aparılmasına ümid etdiyini bildirdi: ?Bu hadisə ölkə ictimaiyyətinə, azad fikir və sözə, jurnalistikaya yönəlməklə bərabər, həm də dövlətçiliyə qarşı yönəlmiş aktdır. Qətlin üstünün açılmaması və ya açılmadığı təqdirdə, raport xatirinə kimlərinsə günahsız ittiham olunması ictimai qınağa səbəb ola bilər. İctimai sabitliyə cavabdeh strukturları gözdən sala bilər. Çünki bu məsələyə güclü ictimai müşahidə var?. Hüquqşünas bu hadisənin bir müstəqil araşdırmaçı kimi onun özünü də narahat etdiyini bildirdi: ?Rafiq Tağının qətlinin üstünün açılıb adekvat cəza tətbiq edilməsi həm də bu mövzu üzrə jurnalist araşdırmaları aparan və müstəqil təhqiqatla məşğul olan insanların, mütəxəssislərin həyatının təhlükəsizliyinə təminat olardı?. İlqar Altay bu hadisənin yaxın günlərdə onun İran İslam Respublikasına müstəqil təhqiqat səfərinə mane ola bilməyəcəyini bildirdi. Müstəqil tədqiqatçı bildirdi ki, burada məqsəd bu ilin əvvəlində bu ölkədə yarımçıq dayandırılmış səfərini başa çatdırmaqdır: ?Məqsədim İrandan Azərbaycana gələn təhdidlərin mənbəyinin araşdırmaq, oradakı ictimai-siyasi vəziyyət, Tehran və Təbrizdə soydaşlarımızın təməl hüquqlarının durumunu öyrənməkdir. Fürsət düşmüşkən, orada mərhum yazar Rafiq Tağıya münasibət və mümkün qədər bu sui-qəsdin İran tərəfdən ola biləcəyi vesiyasını aydınlıq gətirməyə çalışacağam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA