Xatun ilk təqdimatında jurnalistlərə sürpriz etdi

img

26-11-2011 [07:36]


4 ilə yaxındır şou-biznesə qədəm qoymuş müğənni Xatun, nəhayət ki, şeytanın qıçını qıraraq ?Limitin bitdi? adlı ilk albomuna təqdimat etdi. MİA.az-ın məlumatına görə, müğənni bildirib ki, o, şou-biznesə ilk addımını atanda artıq 12 mahnısı var imiş: ?Yəni albom təqdimatını hələ 3 il qabaq da edə bilərdim. Bəzi tanınmış müğənnilər var ki, onların hələ də 5-6 müəllif mahnısı yoxdur. Amma mən tələsməyi sevmədiyimə görə, düşündüm ki, əvvəl tanınım, albomuma tələbat olsun, sonra onu buraxım. Hazırda 30 mahnım var. Amma albmda 30 mahnı olsaydı, mp3 albomuna bənzəyərdi. Buna görə də, onlar arasında 16 ən ürəyimə yatanı seçdim?. Müğənni adı brend olan bəstəkarlarla deyil, istedadlı gənclərlə işləməyə üstünlük verdiyini də vurğuladı: ?Mənim mahnılarımın əksəriyyətinin müəllifi gənc bəstəkar Yalçın Məlikovdur. Tanınmasa da, çox istedadlıdır. Albomumun adını verdiyim ?Limitin bitdi? mahnısının ssözləri isə jurnalist Elşad Ümidə məxsusdur. Çox maraqlı, müasir sözləri var, buna görə də alboma məhz bu adı qoyduq. Bu günə kimi onun özünün də bundan xəbəri olmayıb. Sürpriz etmək istədik. Albomda sözləri və musiqisi Elşad Ümidə məxsus ?Eşqin əsiri? adlı mahnım da var. O da çox gözəl mahnıdır. Özü də bu, mənim pul ilə aldığım ilk müəllif mahnımdır. Jurnalist Azər Nəsibovun da mahnılarını oxumuşam. Onlar da çox xoşuma gəlir. Bir sözlə, mənim jurnalistlərlə həm dostluq, həm də yaradıcılıq münavsibətlərim var?. Tədbirdə eyni zamanda xatun.az saytını təqdim edən sənətçi ona bütün işlərində dəstək olan qardaşı Balaşa və musiqi işləri üzrə bədii rəhbəri, əməkdar artist Tünzalə Ağayenvanın keçmiş həyat yoldaşı Rəhman Əliyevə xüsusi təşəkkürünü də bildirdi. Xatırladaq ki, noyabrın 28-də Xatunun ad günüdür. İlk albomunu və saytını o, bir növ özünə hədiyyə etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA