Gənc bəstəkar Pərviz Mahmudov yeni bəstəsini gənc müğənni Zarinaya verdi

img

25-11-2011 [02:11]


Gənc bəstəkar Pərviz Mahmudovun yeni bəstəsi artıq radio dalğalarında səslənməyə başlayıb. Öz ənənəsinə sadiq qalan Pərviz Sevda Yəhyayeva və Günay İbrahimlidən sonra səhnədə ilk addımlarını atan daha bir gənc müğənniyə yeni hit mahnı təqdim edib. Bəstəkarın verdiyi məlumata görə, ?Sevmə ürək? adlanan kompazisiyanı gənc müğənni Zarina ifa edir. Mahnın sözləri Aygün İsmayılovaya məxsusdur: ?Aygün çox istedadli bir ifaçıdır. Mən bir gün Aygünə zəng vurub onun gözəl sözlər yaza bildiyini hiss etdiyimi dedim. Çünki biz bir neçə dəfə dostlarımızla bərabər yığışanda onun maraqlı və dərin mənalı fikirlər, cümlələr işlətdiyinin şahidi olmuşdum. Amma təəssüf ki, Aygün bunları tam formada yazıb çıxarmırdı. Onunla ilk işbirliyimiz Röya xanımın ifa etdiyi ?Bir il keçdi? mahnısı ilə yarandı. Bu kompazisiyanın sözlərini Aygün yazdı. Daha sonra onunla işbirliyimizi davam etdirdim. Və qarşıda Aygün xanımla daha bir neçə mahnı hazırlamaq fikrimiz var.? Qeyd edək ki, ?Sevmə ürək? mahnısı lirik janrdadır. Bəstəkarın sözlərinə görə, o, Zarina ilə daha bir mahnı üzərində işləyir: ?Zarina ilə növbəti mahnımız ?Həyat səhnə adlanır?. Bu mahnın sözlərini isə yenə də Leyli xanıma məxsusudur. ?Həya səhnə? isə ritmi sevən dinləyicilər üçün nəzərdə tutulub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA