ALDP toplantı keçirib

img

24-11-2011 [03:42]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, müxalifət daxili inteqrasiya, tanınmış yazıçı Rafig Tağının öldürülməsi və təşkilatı məsələlər müzakirə olunub. Müxalifət daxili inteqrasiyadan söz açan ALDP sədri Fuad Əliyev toplantı iştirakçılarına bildirib ki, iki-üç partiya müxalifəti öz inhisarına qötürüb. Hətta sonuncu parlament seçkilərindən sonra seçkilərdən narazı qalanlardan, seçkilərin nəticələrini qəbul etməyən keçmiş deputatlığa namizədlərdən təsis edilən İctimai Palatanı öz təsir altına salıblar: "Gülağa Aslanlı deyir ki, İP-in qapıları bütün partiyaların üzünə açıqdır. Səhv deyir. ALDP olaraq biz bir neçə dəfə bu quruma üzv olmaq üçün Koordinasiya Şurasına müraciət etmişik. İctimai Palataya YAP-çıların qəbul olunan vaxtda, bizə ?bir az da qözləyin? deyiblər. Bu bir daha onların qeyri səmimiliyini qöstəricisidir. Müsavat və AXCP özündən güclü olan partiyaların İP-də təmsil olmalarının marağında deyillər. Bu da onu deməyə əsas veriri ki, elə müxalifət düşərgəsini parçalayan İP-in özüdür. İlin əvvəlində isə, bu gün ?5-lər? deyilən qrupa daxil olan partiyalara inteqrasiya ilə bağlı müraciətimiz və qörüşlərimiz olub. Amma sonradan məlum olur ki, onlar bizi kənarda qoyub, danışıqları davam etdiriblər. ALDP üçün bu da problem deyil, çünki bizim əsas istəyimiz müxalifətin bütün qüvvələrini birləşdirən bir qurumun yaradılması idi. Biz hesab edirik ki, müxalifətin ümumi problemləri mövcüddur. Bunlar Konstitusiya dəyişiklikləri, korrupsiya, cəmiyyətin demokratikləşməsi, məmurların biznesi və iqdisadiyyatın monopoliyası və s. Amma yenə də ümid edirəm ki, müxalifət bütün bu ayrı-seçkiliyi kənarda qoyub, bu problemləri həll etmək üçün bir təşkilatda birləşəcək?. Daha sonra Rafiq Tağının öldürülməsi məsələsinə münasibət bildirirlib. Çıxış edənlər yazıçıya edilən sui-qəsdin bütün Azərbaycan ziyalılarına edildiyini vurğulayıblar. Onlar qatillərin tezliklə həbs olunmasının hüquq-mühafizə orqanlarından tələb ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA