Milli Məclisdə büdcə müzakirələri bazlayır

img

22-11-2011 [11:18]


Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsi bu gün Milli Məclisdə müzakirəyə çıxarılacaq. Qeyd edək ki, 2012-ci il icmal büdcəsinin gəlirləri 16 436,4 mln. manat, xərcləri 16 984,4 mln. manat, kəsiri isə 548 mln. manat səviyyəsində nəzərdə tutulub. Gələn il ARDNF-dən daxilolmalar 9,9 mlrd. manat və ya ümumi büdcə daxilolmalarının 60,3%-ni, Vergilər Nazirliyindən 5,3 mlrd. manat (32,3%), Dövlət Gömrük Komitəsindən 1,2 mlrd. manat (7,3%) təşkil edəcəyi proqnozlaşdırılır. Digər daxilolmalar isə ümumi büdcə mədaxilinin 0,1%-ni təşkil edəcək. Vergilər Nazirliyinin xətti ilə daxil olan ümumi vəsaitin 3,2 mlrd. manatı və ya 59,9%-i qeyri-neft sektorunun, 2,1 mlrd. manatı və ya 40%-i isə neft sektorunun payına düşəcək. Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən vəsait 2011-ci ilin proqnozuna nisbətən 5,7% çox olacağı gözlənilir. ARDNF-dən 2012-ci il ərzində dövlət büdcəsinə transfertlər cari ilin sonuna gözlənilən transfertlərin həcmindən 700 mln. manat və ya 7,6% çoxdur. Xatırladaq ki, 2012-ci il üçün dövlət büdcəsinin layihəsi parlamentə oktyabrın 24-də daxil olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA