ADP Qəbələ RLS-in ləğvini tələb etdi

img

21-11-2011 [04:26]


Bu gün ADP idarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ?ərəb baharı? adı ilə çağdaş tarixə daxil olan və təsir dairəsi getdikcə genişlənən Yaxın Şərq hadisələrinə bir daha münasibət sərgiləyib. Liviyanın sabiq diktatoru M.Qəddafinin oğlu Seyfülislamın inqilabçılar tərəfindən tutularaq beynəlxalq tribunala verilməsini müsbət hal kimi dəyərləndirən partiya yetkililəri bu hadisənin öz xalqlarına meydan oxuyan digər diktatorlara örnək olacağına əminliyini ifadə edib. İdarə Heyəti üzvlər Suriyada səngimək bilməyən qanlı olayların və Misirdə demokratik qüvvələrin mövcud hərbi hakimiyyətə qarşı başlatdıqları hadisələrin arxasında həmin ölkə başçılarının öz xalqlarının azadlıq istəklərinə yetərincə reaksiya verməməsinin durduğunu bildirib və dünya ictimaiyyətini Bəşər Əsəd hakimiyyətinə ciddi təsir göstərməyə, Misirdə isə demokratik tələblərə cavab verən mülkü hakimiyyətin qurulması üçün demokratik qüvvələrə dəstək olmağa çağırıb. İdarə Heyəti üzvləri Avropa Birliyinin yetkilisi K.Eştonun Azərbaycana səfərini Azərbaycanla bu qurum arasında iqtisadi, siyasi və demokratik sahələrdə qarşılıqlı əlaqələr baxımından müsbət dəyərləndirsə də onun ölkənin demokratik qüvvələrlə heş bir təmasa girmədən geri dönməsini AB-nin zaman-zaman demokratik qüvvələrlə işbirliyində maraqlı olması barədə səslənduirdiyi bəyanatlarla ziddiyət təşkil etdiyini bildirib. İdarə Heyəti üzvləri Rusiya, Belarus və Qazxıstan arasında V.Putinin Avrasiya ittifaqının yaradılması projesinə xidmət edən yeni əməkdaşlıq bəyannaməsinin elan edilməsiniə münasibət bildirib və Azərbaycanın gələcəyinin imeriya məqsədlərinə tabe ediildiyi bu qurumda deyil, ölkəmizin dinamik inkişafına yol açan Avropa evinə inteqrasiya edilməsi vasitəsi ilə gerçəkləşə biləcəyini diqqətə çatdırıb. İdarə Heyəti üzvləri Rusiya və Azərbaycan arasında Qəbələdə yerləşən hərbi təyinatlı RLS-in müqavilə müddətinin uzadılması barədə əldə edilən razılaşmadan narahat olduğunu bildirib və bunun istər Rusiyanın Azərbaycanda hərbi baxımdan güclənməsi və istərsə də ekoloji baxımdan yolverilməz olduğunu hakimiyyətin diqqətinə çatdırıb. İdarə Heyəti Üzvləri Milli Məclisdə eksprezidentlər haqqında qanunun qəbul edilməsini dövlətçilik ənənələrinin qorunması istiqamətində təqdirə layiq hal kimi dəyərləndirib eyni zamanda bu qanunda prezident və onun ailəsinin keçmiş və hazırkı dövrdə cinayət əməllərinə görə heç bir cəza nəzərdə tutulmamasını qanun qarşısında hər kəsin bərabərliyi prinsipinin pozulması kimi dəyərləndirib. Sabiq ölkə başçısı H.Əliyevə ümümilli lider və ?millət atası? statusu verilməsi barədə edilən cəhdlərə münasibət bildirən İH üzvləri bu cür cəhdlərin demokratik düşüncəyə zidd olduğunu bildirib və bu faktın totalitar cəmiyyətlərdə olduğu kimi şəxsiyyətin kultlaşdırılmasına xidmət edəcəyini qeyd edib. İdarə heyəti üzvləri qış mövsümünün daxil olması ilə əlaqədar olaraq sosial iqtisadi gərginliklərin daha da artmasından, qaz, su, işıq verilməsində böyük fasilələr yaranmasından və bu zəmində əhali arasında narazılıqların artmasından narahat olduğunu bildirib və hakmiyyəti ölkədə yaşanan sosial gərginlikləri aradan qaldırmaq, xalqın soyuq qış aylarında qaza, işığa və digər sosial göstəricilərə olan ehtiyacının ödənilməsi üçün təcili tədbirlər görməyə çağırıb. ADP İdarə Heyəti yazıçı rafiq Tağıya qarşı təşkil olunmuş sui qəsd faktından narahat olduğunu bildirib, bu hadisəni ölkədə vətəndaşların təhlükəsizliyinin təmin edilməməsi kimi qiymətləndirib və hakimiyyətdən bu cinayətin dərhal obyektiv araşdırılmasını tələb edib. İdarə Heyəti ADP sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyevin işlədiyi Bakı şəhər mədəniyyət və turizm idarəsindəki vəzifəsindən azad edilməsinə də münasibət bildirib. Belə ki, C.Hacıiyev vəzifə öhdəliklərini tam yerinə yetirsə də, adıçəkilən idarədəki vəzifəsindən siyasi motivlə xaric edilib. Partiya baş verən hadisəni qətiyyətlə pisləyib, bu qərarın C.Hacıyevin siyasi fəaliyyəti ilə bilavasitə əlaqədar olduğunu qeyd edib və müvafiq qurumlardan onun əvvəlki işinə bərpa edilməsini tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA