MQP Siyasi Şurası növbəti toplantısını keçirib

img

21-11-2011 [11:54]


Milli Qurtuluş Partiyasının Siyasi Şurası növbəti toplantısını keçirib. Toplantıda ölkədəki siyasi durum, tanınmış yazıçı Rafiq Tağıya qarşı edilmiş sui-qəsd, 20 noyabr helikopterin vurulması nəticəsində baş vermiş faciə və cari məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirə olunan məsələlər barədə MQP Mətbuat Xidmətinə məlumat verən MQP Böyük Məclisinin başqanı Asif Ozan aşağıdakıları bildirib:? MQP Siyasi Şurası nüfuzlu Amnesty İnternational beynəlxalq hüquq müdafiəsi təşkilatının hesabatında göstərilən 17 məhbusun azadlığa buraxılmasını, ziyalıların, o cümlədən Rafiq Əliyevin təqibinə son verilməsini, azad mətbuata ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının timsalında elan olunmamış müharibənin dayandırılmasını, siyasi sistemə, müxalifət partiyalarına münasibətdə qərəzli mövqenin aradan qaldırılmasını ehtiva edən bəyənat qəbul edib. MQP SŞ tanınmış yazıçı Rafiq Tağının bıçaqlanmasına münasibətini bildirərək, bu olayı sui-qəsd kimi qiymətləndirib və Rafiq Tağıya qarşı sui-qəsdin azad fikrə, sərbəst düşüncəyə qarşı qəsd, xurafatçılığın arxasında duranların, xüsusilə də İran adlanan dövlətin sifarişi hesab etdiyini bəyan edib. Partiya rəhbərliyi hakimiyyətdən təcili surətdə sui-qəsdi törədənlərin şəxsiyyətinin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. Toplantıda Zəngəzur bölgəsində, o cümlədən Laçında XX əsrin əvvəllərində erməni qəsbkarlarına qarşı ciddi müqaviməti təşkil edən və vətənpərvərlik nümunəsi yaradan Sultan və Xosrov Sultanov qardaşlarının adına partiya mükafatının təsis olunması haqqında qərar verilib. Mükafat Ermənistanın silahlı qüvvələri ilə döyüşlərdə sücaət göstərmiş və eləcə də vətənin ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətləri olan şəxslərə veriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA