Erotikaya meyl edən gənc müğənni Ramin Şövkətov fırıldaqçı prodüserin qurbanı olub

img

19-11-2011 [07:12]


Şou-biznesdə öz sözünü deməyə israrlı olan gənc müğənni Ramin Şövkətov sözləri və musiqisi Xəyal Xəlilzadəyə məxsus ?Nəfəsimin istisi? adlı mahnısına çəkdirdiyi klipdən narazıdır. Müğənninin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, onun ilk işi olan bu klipi rejissor Nail Naiboğlu çəkib: ?Klip istədiyim kimi güclü alınmadı. Amma bu məsələdə Nail Naiboğlunu günahlandırmıram, çünki mən özüm də təcrübəsiz olduğumdan, bir çox istəklərimi həyata keçirə bilmədim. Gələcəkdə daha fərqli layihələrə imza atmaq niyyətindəyəm. Allaha şükür, səsim də, musiqi savadım da, görünüşüm də var. Şou biznesimizdə elələri var ki, onlarda bunların heç biri yoxdur. Niyə də özümə güvənməyim??, - deyən R.Şövkətovun fikrincə, ?Nəfəsimin istisi?ni erotik janrda da çəkmək olardı, çünki mahnının adı da bunu tələb edir: ?Çox güman ki, növbəti klipim məhz belə olacaq. Yeri gəlmişkən, deyilənə görə, çox ehtiraslı baxışlarım var??. Səhnədə ilk addımlarını atan Ramin Şövkətov ona sənətdə irəliləməyə dəstək verəcəyini bildirmiş bir prodüserin yalanlarının qurbanı olduğunu da etiraf etdi: ?Reklam etmək istəmədiyim üçün onun adını çəkmək istəmirəm. O, müəyyən dərəcədə tanınır. Amma əminəm ki, haram yollarla çox uzaqlara getməyəcək. Həmin prodüser mənə çox vədlər vermişdi, amm onların cüzi bir qismini həyata keçirdi. Məni xaricdə keçiriləcək mahnı müsabiqəsinə göndərməyi planlaşdırırdı. Amma bunun və digər vədlərinin yalan olması bəlli oldu. Onun məqsədi, sadəcə, məndən pul qoparmaq imiş?? Bundan sonra ancaq nüfuzlu və sınaqdan keçirdiyim şəxslərlə işləyəcəyini deyən Ramin Şövkətov hazırda tələbəsi olduğu bəstəkar Nailə Mirməmmədlinin, eləcə də, Gövhər Həsənzadənin və Aygün Səmədzadənin mahnılarına müraciət etmək niyyətində olduğunu da bildirdi. Elşad ÜMİD

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA