KXCP Elçibəyin məzarı önündə Bayram tədbiri keçirib

img

18-11-2011 [02:51]


Klassik Xalq Cəbhəsi Partiyası 17 Noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının lideri, eks-prezidenti Əbülfəz Elçibəyin məzarı önündə Bayram tədbiri keçirib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, dövlət himni ilə başlayan tədbirdə partiya sədri Mirmahmud Mirəlioğlu tədbir iştirakçılarını təbrik edib, bu günün tarixi əhəmiyyəti haqqında geniş çıxış edib. Daha sonra tədbirdə partiya Ali Məclisinin sədri Bəybala Əbil və Elçibəyin yaxın dostlarından olan şəxslər çıxış edərək Azərbaycanın Bütövlüyü uğrunda milli mücadilənin hələ də bitmədiyini və bu yolda sona qədər mübarizənin davam etdirilməsi ilə bağlı fikirlər bildiriblər. Elçibəyi ziyarətdən sonra KXCP qərargahında partiyanın rəhbər şəxslərinin və rayon(şəhər) şöbə rəhbərlərinin, ziyalıların, Meydan Hərəkatı üzvlərinin, Qarabağ Qazilərinin və KİV təmsilçilərinin iştirakı ilə 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA