Zaur Baxzəliyevlə Günay Qələndərlinin nizan mərasimi olacaq

img

17-11-2011 [03:52]


Bu gün ATV telekanalının iki populyar aparıcısı, "Onun yarısı" evlilik şousunun əsas simaları Zaur Baxşəliyevlə Günay Qələndərlinin nişan mərasimi olacaq. Trend-ə etibarlı mənbədən daxil olan məlumata görə, cütlük efirdə bir-birlərinə olan sevgilərini real həyatda da sübut etməkdən ötrü bu addımı atıb. Nişan mərasimi paytaxt restoranlarının birində baş tutacaq. Nə qədər qəribə görünsə də, həm Zaur, həm də Günay bu xoş xəbəri əksər iş yoldaşlarından gizli saxlayırlar. ATV-də çalışan həmkarlarımızın bəziləri Trend-ə nişan barədə məlumatsız olduqlarını söylədilər. Zaur mobil nömrəsini dəyişdiyi üçün onunla əlaqə yaratmaq cəhdimiz boşa çıxdı. İstənilən halda sevgilərini birləşdirəcək cütlüyə xoşbəxtlik arzulayırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA