AiDP sədri xəbərdarlıq edir

img

17-11-2011 [02:10]


?Son dövrlər Azərbaycanı sözlə təhdid edən İran başqa və daha təhlükəli metoda keçib. İnformasiyalardan belə aydın olur ki, İran bu məsələdə Ermənistandan da istifadə edir?. Bu fikirləri AİDP sədri Tahir Abbaslı səsələndirib. Yeni metodun talışlar üzərində reallaşdırıldığını deyən AİDP sədri hesab edir ki, son dövrlər Ermənistanda talış məsələsi qaldırılır. Burada konfranslar keçirilir, onların siyasi fəaliyyəti müzakirə olunur, Azərbaycanda talışların problemlər içərisində yaşadığına dair görüntü yaradılır. T.Abbaslı hesab edir ki, Ermənistana sərf edən bu metodun arxasında İran dayanır: ?Son məlumata görə, Əlikram Hümbətov Ermənistanda olub. Əldə elədiyim məlumata görə o, bu günlərdə İrana da səfər edəcək. Belə qənaətə gəlmək olar ki, İran və Ermənistan bu şəxsdən Azərbaycanın əleyhinə istifadə etməyə çalışır?. Bu şəxsin farsların və rusların təsiri altında olduğunu deyən AİDP sədri bildirdi ki, böyük dövlətlər Azərbaycanı əminiyətsiz dövlət kimi tanıtdırmaq, onu parçalamaq siyasətindən əl çəkmirlər: ?Bunun üçün məhəllə təfəkkürlü və hegemon fikirlərin təsir altında olan insanlardan istifadə olunur. Belə insanlardan xalqımız və dövlətçiliyimiz həmişə zərbə alıb?. Ölkəmizdə bütün az saylı millətlərə hər cür şərait yaradıldığını deyən T.Abbaslı hesab edir ki, belə konfransların düşmən ölkədə təşkil olunması və burada talışların problem içində olması fikirlərinin səsləndirilməsi Rusiya və İranın regionda apardığı siyasətin ən qorxulu elementidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA