Deputat Fuad Muradov seçiciləri qəbul edib

img

16-11-2011 [03:29]


Noyabr ayında Səbail rayonu 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov Milli Məclisin qəbul otağında seçiciləri qəbul edib. Deputat seçiciləri narahat edən məsələlər və problemlərlə tanış olub. Bu qəbulda da seçicilər özlərinin müxtəlif problemləri, şikayətləri ilə müraciət ediblər. Müraciətlər arasında müharibə veteranı olan seçicinin təqaüd məsələsi, mənzilin qeydiyyatı, iş yerinin dəyişdirilməsi, sosial, hüquqi məsələlər yer almışdı. Millət vəkili öz seçicilərini dinləyib. Bildirilən məsələlərlə bağlı müvafiq işlərin görüləcəyini bildirib. Millət vəkili qeyd edib ki, bütün məsələlər diqqət mərkəzində olacaq. Seçicilər qəbul edilib dinlənildikdən sonra onların müvafiq ərizələri götürülərək aidiyyatı orqanlara ünvanlanması ilə bağlı millət vəkili öz göstərişlərini verib. Bəzi vətəndaşların problemlərini yerində həll olunması üçün müəyyən tədbirlər görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA