Azərbaycanda bütün hotellər "hotline" zəbəkəsinə qozulacaqlar

img

15-11-2011 [03:25]


Bu ilin sonuna qədər bütün hotellər "hotline" şəbəkəsinə qoşulacaqlar. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, artıq üç ildir ki, hotellərdə yerləri onlayn sifariş etmək imkanı var. Nazir deyib ki, bu işi türkiyəli həmkarlarla bigə "hotel hotline" şəbəkəsi vasitəsi ilə həyata keçirirlər. Qarayev bildirib ki, bəzi hotellər bu şəbəkəyə qoşulmaqdan çəkinirlər. "Düşünürəm ki, ilin sonuna qədər bütün hotellər bu şəbəkəyə qoşulacaqlar və bu xidmətin tətbiqi tamamlanacaq. Bu, həm də "Eurovision-2012" və digər beynəlxalq tədbirlərin keçirilməsi üçün vacib amildir", - Qarayev deyib. 57-ci "Eurovision" mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək. Müsabiqənin yarımfinalı 2012-ci il mayın 22 və 24-də, final isə mayın 26-da Bakıda keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA