KXCP idarə Heyətinin növbəti toplantısı keçirilib

img

14-11-2011 [01:03]


Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. Toplantıda ?Xural? qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının hüquqlarının müdafiəsi ilə bağlı işlərin davam etdirilməsinin vacibliyi qeyd olunub. Eyni zamanda Ə. Zeynallının hüquqlarının müdafiə komitəsinin yaradılması istiqamətində Redaktorlar Birliyi, İctimai Birliklər, media qurumları, siyasi partiyalar, ?Xural? qəzetinin kollektivi və s. -lə görüşlərin keçirilməsi qərara alınıb. Bu işlərin KXCP tərəfindən həyata keçirilməsi işi İdarə Heyətinin üzvləri Fikrət Cəfərli və Oqtay Gülalıyevə həvalə edilməsi qərara alınmışdır. Toplantıda 2010- cu il Parlament seçkilərinin nəticələri ilə bağlı məhkəmələrə edilmiş müraciətlərin yekunları müzakirə olunub. Hüquq- mühafizə orqanları və Avropa İnsan Haqları məhkəməsinə müraciət etmiş KXCP namizədlərinin yekun siyahısının hazırlanması və bu istiqamətdə işlərin davam etdirilməsi qərara alınıb. Toplantıda Milli Dirçəliş Günü münasibətilə 17 noyabr 2011-ci il saat 12.00-da Fəxri Xiyabanda Elçibəyin məzarının ziyarət olunması və daha sonra partiyanın mənzil qərargahında həmin gün ilə əlqədar saat 15.00-da dəyirmi masanın keçirilməsi qərar alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA