Müsbət Dəyiziklik gənclər hərəkatı növbəti seçki keçirdi

img

14-11-2011 [12:14]


Müsbət Dəyişiklik (MD) gənclər hərəkatı özünün III İdarə Heyəti və digər postlarına rəhbərlər seçdi. Bu ay bir yaşını qeyd edən hərəkat Azərbaycanda əsasən demokratik vətəndaş cəmiyyəti quruculuğu və insan haqları uğrunda fəaliyyət göstərir. Tələblərindən biri şəffaf və demokratik seçki olan hərəkat qurulduğu gündən təşkilat səviyyəsində öz müsbət nümunəsi ilə bunun mümkünlüyünü göstərməyi seçib. ?Biltek Akademi? də təşkil edilmiş bu dəfəki seçkilər də əvvəlkilər kimi bu amala uyğun olub. İdarə Heyəti və digər postlar üçün bir neçə namizəd seçkilərdə yarışıb. Bu yaxınlarda bir yaşını qeyd edəcək hərəkat bu münasibətlə keçirəcəyi konfransda 4 nəfərdən ibarət İdarə Heyətini ictimaiyyətə təqdim edəcək. Keçiriləcək konfransda həm də hərəkatın planlaşdırdığı yeni-yeni layihələr haqqında məlumat veriləcək. Müsbət Dəyişiklik gənclər hərəkatı 2010-cu ilin noyabrında bir qrup gənc və tələbələr tərəfindən qurulub. 2010-cu il Parlament seçkilərində gənc namizədlərdən birinin seçki kampaniyasında, bir ay müddətində birlikdə işləmiş bu gənc könüllülər qrupu seçki kampaniyası bitdikdən sonra səmimi münasibətlər və sağlam dəyərlər əsasında qurduqları birliyi davam etdirmək qərarını alaraq Müsbət Dəyişiklik gənclər hərəkatını təsis ediblər. Hərəkat bu günə qədər ?Növbədə mənəm? aksiyası, ?Konstitusiyamızın qiraət edilməsi?, müsbət mesajlı əlfəcinlərin çapı və s. kimi fəaliyyətləri ilə yadda qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA