Telefon danışıqlarını qeydə alan gizli proqram ortaya çıxdı - Nə etmək lazımdır?

img

04-09-2018 [00:12]


"Android”lə çalışan smartfonlarda telefon danışıqlarını icazəsiz qeydə alan "Troiut” adlı gizli tətbiq aşkar edilib.

"Qafqazinfo” "Dünya bülleteni”nə istinadən xəbər verir ki, həmin tətbiq fotolar və məkan məlumatını da əldə edərək kibercinayətkarlara yönləndirib.

Məlumata görə, tətbiq müxtəlif proqramlar vasitəsilə smartfonlara düşür və istifadəçinin xəbəri olmadan "Android” sistemində gizlənir.

"Troiut” daha çox Rusiya və İsraildə aşkar edilib.

Zərərli tətbiqdən qorunmaq üçün telefon tənzimlərini gözdən keçirmək, tətbiq verilən icazələri yoxlamaq lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR