"Əli Kərimli “Azərbaycan saatı” və ruhu ilə deyil, fransız vaxtı ilə yaşadığı üçün..." - Zahid Oruc
21-05-2025 [10:38]
"Dövlətimizin siyasi gündəliyində Qələbəmizi diplomatik-siyasi müstəvidə davam etdirmək və sülh müqaviləsində əbədiləşdirmək olduğunu bütün dünya gördüyü halda, “26 sentyabr əsri”ndə və işğalın əsirliyində qalan-yəni, 44 müqəddəs günün mənəvi bütövlüyündən və Zəfər erasından keçməyən qüvvələrin mövzuları, narrativləri hakimiyyətin 100-cü dərəcəli sabiq məmurunun üzərindən antidövlət kampaniyası qurmaq, hüquq-mühafizə, məxfi xidmət orqanlarına qarşı informasiya terroru aparmaq daimi siyasi fəaliyyət meydanına çevirdikləri cəzaçəkmə müsəssisələrini, yaxud məhkəmə önü aksiyalarını xalqa nicat ünvanı kimi təqdim etməkdən ibarətdir".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.
Onun sözlərinə görə, ölkə əhalisinin bir faizinin tanımadığı, siyasi idealları və qlobal geosiyasi axınları dərk etmədikləri aşkar görünən bir ovuc qrupun, o cümlədən Tofiq Yaqublunun cinayəti də küçə mübarizələrində törətdiyi qanunsuz əməllərdən başlayıb, daha sonra hazırki sənəd saxtalaşdırmaları ilə külli miqdarda ziyan vurmaya qədər inkişaf etdiyi halda onu aclıq aksiyası ilə “qurban”a çevirib cismini hakimiyyətin üstünə atmağa hazır olan “işğal partiyası” üzvlərinin Pravda. az-a məhz həmin əməlləri ifadə etməyimizi qəbullana bilmir:
"Uydurulmuş, heç bir əsası olmayan tezisləri adımızdan tirajlayıb ətrafında müdafiə taktikasını qurduqlarını görəndə prinsipsizliklərinə, günlük hadisələrin axarında süründüklərinə və düşüncələrinin gələcəyə deyil, keçmişə, qəfəsə yönəldiyinə əmin olursan.
Şuşa yüksəkliyini keçməyənlərin Bakını 90-cı illər meydanı kimi görmək istəməsi əsla təəccüblü deyil. Çünki ondan sonra min kilometrlər aşağı yuvarladıqları milləti yerdən qaldırıb göylərə ucaldan İlham Əliyevin qlobal zirvəsindən çox aşağıdadırlar. Əli Kərimli “Azərbaycan saatı” və ruhu ilə deyil, fransız vaxtı ilə yaşadığı üçün hələ də bilmir ki, ölkəmizin azadlığına 907-ci qadağanı irəli sürən və Konqresdə layihəyə müəllfilik edən Tom Lantos sülaləsinin digər üzvləri Bakıya gəlib Elçibəyi ermənilərə münasibətinə görə ittiham edirdilər. İndi “AXC-nin varisi” olduğunu deyən adamın öz liderini mühakiməyə qalxan şəxslərin düşmən ssenarisində yer alması, Amerika qanunverici orqanında ölkəmiz əleyhinə apardıqları kampaniyada alətə çevrilməsi ikiqat cinayətdir-həm dövlətə, həm də siyasi müəliminə qarşı. Lakin bütün məğlubiyyətlərdən keçən bir şəxsin müxalifətçiliyi həm də əqidə yoldaşlarının həyatını məhv etməkdən ibarət olub. Azərbaycanın Ermənistan üzərində qələbəsi 90-cı illərdə Qarabağı hakimiyyət uğrunda mübarizə silahına döndərənlərin əlindən aldığı üçün ətrafındakı bir ovuc aldadılmış insanları da özü ilə bərabər həbsə sürükləyir. Ən böyük cəza Qələbə hissindən məhrum olmaqdır!".
ABŞ Venesuelaya aid üç neft tankerinə "əl qoydu": "Siz harada olsanız, tapacaq və dayandıracağıq"
Səlçuk İnan: "Həyatımda heç vaxt mərc oyunlarına qatılmamışam"
"Fənərbağça" nigeriyalı futbolçuya aldığı maaşın 5 qatını təklif etdi - Danışıqlar başlayıb
"RUSİYANIN ÜÇ KEÇMİŞ İTTİFAQ ÖLKƏSİNİ İŞĞAL PLANI VAR" - Kəşfiyyat rəhbəri şok iddia irəli sürdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezidentin Amnistiya təşəbbüsü: sabahdan məhkumların azad olunmasına start veriləcək
Ağ rəngin poeziyada harmoniyası...
68 yaşlı qadının canına qıyan 31 yaşlı şəxs tutulub
Naxçıvanda ər və arvad dəm qazından boğulub
Məktəb idarəçiliyində süni intellekt: liderlik üçün yeni imkanlar - VAHİD TAĞIYEV YAZIR
Maştağafa obyekt yanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
"Neftçi"nin baş məşqçisi oxşar forma ilə meydana çıxmalarını belə cavablandırdı - VİDEO
Ağsuda 14 yaşlı qıza qeyri-etik hərəkət... - İki nəfər saxlanıldı
Məhkəmə-Hüquq Şurasının üzvləri Albaniyada görüşlər keçiriblər
"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
Dəmiryolu ərazisində vaqona toxunan məktəblini elektrik cərəyanı vurub - "Vəziyyəti ağırdır" (VİDEO)
Polkovnik Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?
Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları
Meyxanaçı Ağakərim Maştağada dəfn olunub (Yenilənib)
Azərbaycan nefti cüzi bahalaşdı
“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstintaqa çağırılan "Fənərbağça" prezidentindən ilk açıqlama: "Heç nədən qorxmuram"
İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı
ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrail ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib