86 yaşlı qadını və onun qızını öldürən şəxs yaxalandı - Cəlilabad polisindən Bakıda əməliyyat

img

01-09-2018 [10:30]


Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, rayonun Qarazəncir kənd sakinləri 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı, 1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.

Məlumata görə, əvvələr məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA