24-08-2018 [13:49]
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi, Sabunçu və Xəzər rayonlarında birgə reydlər keçirilib.
Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Novxanı qəsəbəsinin ərazisindəki çimərliklərdən başlayan tədbir zamanı çimərlik ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılmasına görə "Bizim Kəndimiz”, eləcə də "Sultan” ailəvi istirahət mərkəzlərinin icarədarları - İlqar Allahverdiyevlə Fərahim Möhbalıyev barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinə əsasən protokollar tərtib edilib.
Xəzər dənizinin sahil zolağında, çimərliklərdə və digər istirahət zonalarında sanitar-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı növbəti reyd Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçirilib. Qanunvericiliyin tələblərinə zidd olaraq dəniz kənarında sənaye və məişət tullantılarının yandırılmasına görə "Palma”, "Günəş”, "Şam Ağacı” restoranlarının icarədarları – Elvin Həsənov, Füzuli Mehdiyev və Hüseyn Süleymanov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunublar.
Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında analoji tədbir Xəzər rayonu, Mərdəkan qəsəbəsində də həyata keçirilib. Yoxlama zamanı müəyyən edilib ki, qəsəbə ərazisindəki bağlar massivində məişət tullantıları sanitar-gigyena qaydalarına riayət olunmadan yandırılma yolu ilə məhv edilir. Bu isə ətrafa pis qoxunun yayılması və ekoloji mühitin kobud şəkildə pozulması ilə nəticələnir. Qəsəbə ərazisində məişət tullantılarının daşınmasını təmin etmədiyinə və yandırılmasına görə Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində də İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən protokol tərtib edilib.
Bu maddəyə əsasən fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilirlər.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsində əsas məqsədlərdən biri də dənizkənarı kafe və restoranlarda, həmçinin qəsəbələrdə tullantıların ətrafa və dənizə atılmasının qarşısını almaqdır.Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən digər aidiyyəti dövlət qurumları ilə bu tipli birgə reydlər və yoxlamalar bundan sonra da davam etdiriləcək.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib