?Vətənpərvərlik mövzusunda gənclərin I ümumrespublika Teatr Festivalı? sona yaxınlazır

img

03-11-2011 [04:53]


Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş ?Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı? davam edir. Festivalın icraçı direktoru Ramil Ağasiyevin verdiyi məlumata görə, artıq festivalın yekunu üçün hazırlıq işləri görülür: ?Biz artıq festivala hazırlaşırıq. Festivalda nümayiş olunacaq 10 tamaşanın hər biri demək olar ki, hazırdır. Artıq bizim rejissorlarla və truppalarla görüşlərimiz yekunlaşıb. Sevindirici haldır ki, bölgələrdəki truppalar da ( İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala) artıq hazırlıq işlərini yekunlaşdırıb, festivalın final gününü gözləyirlər?. Layihənin bədii rəhbəri Əfsələddin Ağalarovun verdiyi məlumata görə, hazırda festivalda iştirak edən gənclər üçün hazırlanan ?Art Kamp?ın təşkili üçün işlər aparılır: ?Bildiyiniz kimi, bu festivalın bir digər özəlliyi də, burada yaradıcı gənclər üçün art kampların təşkil edilməsidir. Bu Azərbaycanda bir ilk olacaq. Burada həmin gənclərə müxtəlif mövzularda treninqlər təşkil ediləcək?. Qeyd edək ki, Gənclərin I Ümumrespublika Teatr Festivalı Vətənpərvərlik mövzusundadır və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilib. Layihənin ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur. Festivalı ?Sağlam Düşüncə? Gənclər Təşkilatı həyata keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA