09-08-2018 [19:17]
Bu il pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı vəzifəli şəxslər həbs olunub.
Bu barədə Mia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, cari ilin iyun ayında respublikanın Saatlı, Tərtər, İmişli və dgər rayonlarında pambıq tarlalarında çalışan şəxslərin kimyəvi zəhərlənmələrə məruz qalmaları faktı üzrə araşdırma aparılıb.Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlamış cinayət işi ilə bağlı Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə hadisələrin baş vermə səbəbləri, təqsirli şəxslərin dairəsi və sair sübut edilməli hallar tam araşdırılıb.
Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə, müayinə və sair istintaq hərəkətləri yerinə yetirilib. Həmçinin hadisə yerlərindən, zərərçəkmiş şəxslərdən, tədarükçü hüquqi şəxslərin anbarlarından götürülmüş 200-dən artıq nümunə və bitki mühafizə vasitələrinin toksikoloji, kimyəvi müayinələri və ekspertiza tədqiqatları həyata keçirilib.
Kimyəvi zəhərlənmələrə məruz qalmış bütün şəxslər zərərçəkmiş şəxs qismində tanınmaqla, onların sağlamlıqlarına dəymiş zərərin aradan qaldırılması üçün zəruri tibbi və sair təminatlarla əhatə olunublar.
Cinayət təqibi üzrə kifayət qədər sübutlar toplandığından xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi ilə əlaqədar texniki təhlükəsizlik qaydalarını pozma əməllərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş "MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli İnnovasiya filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, "CTS Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Fəqani Babışov, baş aqronomu Elxan Quliyev, köməkçi aqronomu Habil Quliyev, həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Saatlı rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Mirasim Talıbov, İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov və Tərtər rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Fizuli Əzimov barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanaraq müvafiq olaraq Saatlı, İmişli və Tərtər rayon məhkəmələrinə göndərilib.
Hazırda aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə insanların həyat və sağlamlığına təhlükə yarada biləcək bu qəbildən olan hadisələrin qarşısının alınması və gələcəkdə təkrarlanmaması istiqamətində profilaktiki tədbirlər həyata keçirilməklə, digər epizodlar üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində