07-08-2018 [16:35]
NATO-nun Gürcüstanda hərbi təlimlərə başlaması Rusiyanı hərəkətə keçməyə sövq edib.
Rusiya buna cavab olaraq Abxaziya ərazisindəki 49-cu ümumqoşun ordusunu ayağa qaldırıb.
Rusiya KİV-nin məlumatına görə, Abxaziyada rus hərbiçilərinin də iştirakı ilə genişmiqyaslı təlimlərə start verilib. Təlimlərin başlanması gizli və olduqca sürətli olub. Hətta Rusiyanın Abxaziyadakı addımlarına mütəmadi olaraq nota ilə etiraz edən rəsmi Tbilisi bu dəfə nota verməyə fürsət belə tapmayıb.
Rusiyalı şərhçi Viktor Skorko hesab edir ki, Rusiyanın Abxaziyada ordusunu təcili ayağa qaldırması NATO-nun Gürcüstandakı addımlarına cavabdır.
Onun sözlərinə görə, baş verən proseslər 10 il öncə "beş günlük müharibə”dən əvvəlki vəziyyətə bənzəyir: "10 il öncə Gürcüstan ordusu Sxinvalidə hərbi təlimlərə başladı və ssenariyə görə gürcülər avqustun 7-dən 8-nə keçən gecə Osetiyanı bölən Rokski tunelini ələ keçirərək, ərazilərə tam nəzarəti bərpa edəcəkdi. O vaxt buna ABŞ prezidenti Corc Buş icazə vermişdi. Keçmiş dövlət katibi Kondaliza Rays bir neçə ay öncə Tbilisiyə səfəri zamanı əməliyyatın detallarını müzakirə etmişdi. Amerikalılar Tbilisini inandırmışdılar ki, ruslar Gürcüstana hücum etməyə cürət etməyəcək. Rusiyanın bu planlardan xəbəri var idi, lakin Baş qərargahda hesab edirdilər ki, gürcülər əməliyyata 1 sentyabrda başlayacaq. Rusiya Cənubi Osetiyada Tbilisinin etiraz notasına səbəb olan təlimlərə başladı və vəziyyətə uyğun olaraq avqustun 8-də "beş günlük müharibə” baş verdi. Bu tarixi təcrübə fonunda NATO-nun Gürcüstandakı bu gün keçirdiyi təlimlər təsadüfə bənzəmir”.
Viktor Skorko qeyd edir ki, Gürcüstan Ukrayna kimi ərazi münaqişəsinə görə NATO-ya qəbul edilmir.
"Hərçənd, Şimal Alyansı "şərqə doğru genişlənmə” strategiyasına uyğun olaraq, bu ölkələri üzv kimi qəbul etmək istəyir. Buna görə də əvvəlcə Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarmaq lazımdır. Bu təlimlər dolayısı ilə bu planın bir hissəsi hesab oluna bilər. Buna görə də Rusiya Abxaziyada təcili təlimlərə başlayaraq, NATO-ya Qafqaza kimin sahib olduğunu göstərir”, - deyə rusiyalı şərhçi vurğulayıb/Publika.az.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib