Bulvarda intihara cəhd - Özünü dənizə atan 18 yaşlı qızı polis və idarə işçiləri xilas elədi

img

06-08-2018 [11:44]


Dənizkənarı Milli Parkda intihar məqsədi ilə özünü dənizə atan gənc qadının kimliyi məlum olub. 

"Report” xəbər verir ki, bu, Binəqədi rayon sakini, 2000-ci il təvəllüdlü F.Mövlanadır.  

O, Dənizkənarı Milli Parkda yerləşən "Şeytan çarxı” atraksionunun yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib.

Gənc qadın polis və Bulvar İdarəsinin əməkdaşları tərəfindən dənizdən çıxarılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA