“OBA”nın administratoru bıçaqlandı – Əxlaqsız hərəkətə görə

img

02-08-2018 [11:11]


Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Bərdə şəhər Ticarət Mərkəzində baş verib.

Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən "Bərdə OBA market-7" mağazasında işləyən Y.M-ya qarşı mağazanın administratoru, 1967-ci il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Ülfət Rafiq oğlu əxlaqsız hərəkət edib.

Məsələdən xəbər tutan Y.M-nınn qohumu, Bərdə şəhər sakini 1993-cü il təvəllüdlü Mamedov Rəhim Elçin oğlu hadisə yerinə gələrək Ü.Həsənovla mübahisə edib.

Nəticədə R.Mamedov üzərində gəzdirdiyi bıçaqla Ü.Həsənovun bədəninin müxtəlif nayihələrinə 4 bıçaq zərbəsi vurub.

Yaralı Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən R.Mamedov tutularaq istintaqa təhvil verilib/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA