Toy karvanında “aftoşluq” edən sürücü tutuldu - Video

img

31-07-2018 [10:41]


Qusar rayonunda toy karvanında avtoxuliqanlıq edən sürücü tutulub.

Mia.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, artıq sürücü aşkarlanıb və barəsində müvafiq tədbir görülüb.

Məlumatda bildirilir ki, 21 iyul 2018-ci il tarixində Qədimov Məhəmməd Qulu oğlu idarə etdiyi 10 XO 038 dövlət nömrə nişanlı, "İnfiniti” markalı avtomobillə Qusar rayonunda keçirilən toy mərasimi zamanı avtoxuliqanlıq etdiyinə görə bu gün onun barəsində İXM-nin 511.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Həmin protokola əsasən M. Qədimova məhkəmə tərəfindən 15 gün həbs verilib və o, 1 il müddətinə sürücülük hüququndan məhrum olunub.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA