"Beynəlxalq təşkilatların şirin vədlərinə aldanmamalıyıq" - Partiya sədrindən sərt reaksiya

img

25-07-2018 [15:32]


"Qaçqınları ələbaxan öyrətmək düzgün deyil. Onlar da dədə-baba yurdlarına qayıtmağı yaddan çıxardırlar. Torpaqlarımızın geri qayıdacağını gözləyirik. Lakin içimizdəki bəzi insanlar çalışırlar ki, Qarabağı bizə unutdursunlar. Nə vaxtadək gözləməliyik? 25 ildir ki, torpaqlarımızın qayıdacağını gözləmişik. Qarabağlıların uşağı artıq Qarabağı unudublar. 25 il bir igidin ömrüdür. Bu səbəbdən qaçqınlıq statusu da əldən alınmalıdır. Onlar üçün tikilən evlər də dayandırılmalıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.

O torpaqlarından didərgin düşən şəxslərin çəkdiyi əzab əziyyətlər haqda da danışıb:

"Düzdür, onlar az əzab-əziyyət çəkməyib. Lakin onların bu statusunun saxlanılması Qarabağı unutdurur. Millət qalxıb torpağını azad etməlidir. Bu səbəbdən də beynəlxalq təşkilatların şirin vədlərinə aldanmamalıyıq. Namus, qeyrət zamanı gəlib çatıb. Dözmək limiti bitib. Payızda Qarabağın azad edilməsi ilə bağlı mitinqlər keçirtməyi qərarlaşdırmışıq. Arsız, namussuz insanlarıq, hər şeyi tez unuduruq. Hər şeyi pula satırıq, özümüzü arsızlığa vururuq. Xalqımızın
yaddaşının təzələnməyinə ehtiyac var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA