Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başladı

img

24-07-2018 [15:46]


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.

Onu hava limanında Azərbaycan hökumətinin rəsmi şəxsləri və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.

Səfər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlunun baş nazir Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA