8 əcnəbi vətəndaş saxta sənədlərlə Azər­­­­­­bay­cana keçmək istədi, DSX qarşısını aldı - Detallar

img

19-07-2018 [11:29]


 Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları son günlərdə 8 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­can Res­pub­li­ka­­sının döv­lət sərhədindən keçmək cəhdinin qarşısını alıb.

Bu barədə DSX-dan Mia.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveyt-Bakı reysi ilə uçub gələn 1963-cü il təvəllüdlü Dominikan vətəndaşı Muba­rak Hassan Mohsen Saadın təqdim etdiyi pasportda saxta­laş­dırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yox­lamadan sonra sənədin məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması təsdiq olunub.

Heydər Əliyev Beynəlxalq Aeroportunda İstan­bul-Bakı reysi ilə uçub gələn 1988-ci il təvəllüdlü İran İslam Res­­pub­likası vətəndaşı Mehrpour Daryoush Jabrael oğlunun təqdim etdiyi pasportda Fransaya məxsus Şengen vizasının saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı vizanın hə­qi­qə­tən də saxtalaşdırılması təsdiqini tapıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Mos­kva-Bakı reysi ilə uçub gələn 1990-cı il təvəllüdlü Özbəkistan vətən­da­şı İsmoilova Makhliyo Eson qızının, Moskva-Bakı reysi ilə uçub gələn 1982-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Saparov Lachin Kur­ba­noviçin, 1989-cu il təvəllüdlü Özbəkistan və­tən­daşı Karimov Ataybek Mirzaibrahi­moviçin və 1998-ci il təvəllüdlü Ukrayna vətəndaşı Nasikovcka Sniz­hana Aleksandrovnanın pas­portları şübhə doğurub, laborator müayinə nəticəsində pasport­ların saxtalaş­dırl­ması müəyyən olunub.

Gəncə Beynəlxalq Hava Limanında Gəncə-İstanbul reysi ilə uçmaq istəyən 1993-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşları Bashir Usman Ahmad Bashirin və 1995-ci il təvəllüdlü Yasin Muhammad İlyasın təqdim etdikləri İspaniyada yaşayış hüququ verən kartlar şübhə doğurub və laborator yoxlama nəticəsində saxtalaşdırılması təsdiqini tapıb.

Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər həyata keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA