Bakıda dənizdə 2 nəfər batıb - FHN axtarır

img

17-07-2018 [17:46]


Bu gün Bakıda dənizdə 2 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 2 nəfərin batdığı ehtimal olunur.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR