Yunker NATO sammitinə də sərxoş getdi - Video

img

13-07-2018 [14:00]


NATO-nun Brüsseldə keçirilən sammitində kuryoz hadisə yaşanıb.

Avrokomissiyanın rəhbəri Jan-Klod Yunker müvazinətini itirərək Ukrayna prezidenti Petro Poroşenkonun üstünə yıxılmaq təhlükəsi yaşayıb. Britaniya mətbuatı sədrin sərxoş olduğunu yazır. Çünki o, durmadan yerində yırğalanıb, pilləkanları enərkən isə dəstək alıb.

Qeyd edək ki, bu, Jan-Klod Yunkerin rəsmi səfərə sərxoş halda çıxması ilə bağlı ilk xəbər deyil. Belə ki, siyasətçi ötən il NATO-nun Cenevrədəki toplantısında da sərxoş olub və tez-tez mebellərə, insanlara toxunub.

"Qafqazinfo” 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA